«Neftçi»nin hucümçusu Samir Əliyevin Qol.Az-a müsahibəsi
- Geridə qoyduğumuz ili özün üçün necə dəyərləndirərdin?
- Vallah, keçən il mənim üçün yaxşı olmadı. Demək olar ki, oynamadım. Əksər vaxtlarda ehtiyatda oturdum. Oynamıramsa, deməli, ötən il mənim üçün uğursuz keçib.
- Son zamanlar gündəmdə olan əsas məsələlərdən biri Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transfer olunmasıdır. Sən bu xəbəri necə qarşıladın?
- Çox sevindim. Vaqifin o cür komandaya getməyi Azərbaycan futbolu üçün müsbət bir haldır. Vaqifdən sonra xaricdə Azərbaycan futbolçularına istər-istəməz diqqət artacaq.
- Yəqin səndə razısan ki, Vaqifin “Tvente”dəki çıxışı bizim futbolçuların legioner həyatı yaşamağında əsas rol oynayacaq.
- Əlbəttə. Ümumiyyətlə, bir daha təkrarlayıram, Vaqifin “Tvente”yə keçməsi böyük bir hadisədir. Özü də sevindirici haldır ki, Vaqif baxışa yox, birbaşa müqavilə imzalamağa gedir. Əvvəllər futbolçularımızın xaricə çıxmağı demək olar ki, qeyri-mümkün idi. Amma indi bu vəziyyət bir qədər yoluna düşür. 13-14 yaşında oyunçularımız da var ki, onları da diqqətdən kənarda saxlamaq olmaz.
- Sən özün bir hücumçu kimi Vaqifin “Tvente”də rəqabət apara biləcəyinə inanırsan? Nəzərə al ki, komandada hücumçuların sayı bir qədər çoxdur.
- Vaqif gəncdir. Mən inanıram ki, öz üzərində dayanmadan çalışacaq. Özünü ən yaxşı tərəfdən göstərə biləcək. Digər tərəfdən, əgər bu komanda Vaqifi bəyənib alıbsa, deməli, oynatmaq üçün alır.
- Xaricdə oynaya biləcək futbolçuların arasında ən çox elə Vaqifin adı çəkilirdi. Vaqifin artıq transferi reallaşır. Sən necə düşünürsən, Vaqifdən savayı xaricdə daha hansı oyunçularımız oynaya bilər?
- Millimizin qapıçısı Kamran Ağayev xarici klublarda rahatlıqla çıxış edə bilər. Kamranla yanaşı Elvin Məmmədov, Vüqar Nadirov, Rəşad Sadiqov və Elnur Allahverdiyev də legioner həyatı yaşaya bilərlər. Onların həm millidə, həm də klubda göstərdikləri oyun bunu deməyimə əsas verir.
- Keçən ilin sənin üçün uğursuz keçdiyini dedin. 2010-dan nə gözləyirsən?
- Özümə və komandama uğurlar arzu edirəm. İnşallah, bu il Azərbaycan futbolu daha sürətlə inkişaf edər.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər