Karlos Bakıya qayıdır

Karlos Bakıya qayıdır
XƏBƏR 5 Yanvar 2010 / 14:03 2195
-  A +

“Neftçi”nin futbolçusu Joze Karlos yanvarın 12-də Bakıya qayıdacaq. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, braziliyalı futbolçu zədəli olduğundan müalicə olunmaq üçün vətəninə yollanmışdı. Unibank Premyer Liqasının 2-ci turunda, ötən il avqustun 22-də keçirilən “Neftçi” - “Turan” oyununun ilk yarısında zədələnən futbolçu növbəti oyunlarda meydana çıxa bilməmişdi. “Neftçi” klubunun rəhbərliyi klubla 2011-ci il fevraladək klubla müqaviləsi olan J.Karlosla əlaqə saxlayıb. Artıq zədəsini sağaldan braziliyalı futbolçu komandanın bu ay keçirəcəyi təlim-məşq toplanışlarında iştirak edəcək.

 


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord