Lippert nəyə təəssüfləndi?

Lippert nəyə təəssüfləndi?
XƏBƏR 4 Yanvar 2010 / 17:39 2375
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə bu gün keçirilən Azərbaycan – Ukrayna oyunundan (1:1) sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Lippert matçın maraqlı və gərgin keçdiyini deyib: "Birinci və ikinci hissə bir-birindən fərqləndi. Fasilədən sonra rəqibimizdən üstün oynadıq. Hesabı bərabərləşdirdikdən sonra ən azı 2 dəfə qol vurmaq üçün yüzfaizlik şansımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik».


Qarabağ FK
Son xəbərlər
topaz banner