Braziliyalı Venio "Bakı"da

Braziliyalı Venio "Bakı"da
XƏBƏR 3 Yanvar 2010 / 11:08 2977
-  A +

"Bakı" klubu daha bir braziliyalı futbolçuya dəvət göndərib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, söhbət 30 yaşlı braziliyalı yarımmüdafiəçi Venio Moraes Piodan (Wênio Moraes Pio) gedir. 2002-ci ildə "Korintians"dan Portuqaliya yüksək liqa komandalarından "Maritimo"ya transfer olunan Venio 2008-ci ilə qədər bu komandanın şərəfini qoruyub. 2009-cu ildə "Vitoria Gimaraeş"də oynayan Venio son mövsümü "Leyşoeş" (Leixões) klubunda keçirib. 14 turdan sonra 11 xal toplayan "Leyşoeş" Portuqaliya yüksək liqasında 14-cü sırada yer alır. Portuqaliya çempionatlarında 137 oyun keçirən Venio 23 qola imza atıb. 9 sentyabr 1979-cu il tarixdə Braziliyada anadan olan futbolçunun boyu 178 sm, çəkisi 72 kq-dır. Son oyununu 2009-cu ilin 22 dekabrında "Olhanense"yə qarşı (2:2) keçirən və 80 dəqiqə meydanda olan braziliyalı futbolçu yanvarın 3-də "Bakı"nın düşərgəsinə gələcək. Bu futbolçu ilə 18 aylıq müqavilə imzalanacağı gözlənilir.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord