Salyanın “Muğan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin müsahibəsi
- 2009-2010-cu il mövsümünün ilk yarısı başa çatıb. Komandanızın 17 tur ərzində çıxışları təhlil olunub?
- Təbii. Biz mövsümə qələbələrlə başladıq, sonradan komandamızda geriləmə baş verdi. Buna görə baş məşqçi dəyişikliyinə əl atdıq. Kamal Alispahiçi onun köməkçisi Almir Hurtiçlə əvəzlədik. Bundan sonra “Muğan”ın oyununda və göstərdiyi nəticələrdə irəliləyiş hiss olunmaqdadır.
- Adətən, baş məşqçi öz köməkçiləri ilə birgə istefa verir. Kamal Alispahiç də “Muğan”a öz köməkçiləri ilə birgə gəlmişdi. Amma o, istefaya göndəriləndə Almir Hurtiç qaldı və baş məşqçi təyin olundu...
- Biz Alispahiçlə yollarımızı ayırdıqdan sonra Hurtiçlə söhbət edərkən, o, komandada dəyişiklik etməsinin mümkünlüyünə bizi inandırdı. Nəticədə ona şans verdik və ümidləri doğrultdu. Hurtiç baş məşqçi olduqdan sonra “Muğan” fərqli futbol oynayır.
- Qış fasiləsində heyətdə hər hansı dəyişiklik planlaşdırılıb?
- Bəli. Heyətimizi gücləndirmək istəyirik. Bu məqsədlə bir neçə futbolçu ilə vidalaşacaq, əvəzində daha səviyyəli oyunçular alacağıq. Artıq Ruslan Qafitullinə azad agent statusu vermişik. Başqa futbolçularla da vidalaşmağımız mümkündür. Əvəzində 4-5 yeni oyunçu transfer edəcəyik. Eyni zamanda, kollektiv daxilində nizam-intizamı daha da gücləndirmək niyyətindəyik.
- Nizam-intizamdan söhbət düşmüşkən, yarımmüdafiəçiniz Vüsal Hüseynov “Xəzər-Lənkəran”ın oyunçusuna tüpürdüyü üçün yarısı şərti olmaqla, 6 oyunluq cəzalanıb və klubunuzu 5 min manat ziyana salıb. Ona qarşı hər hansı tədbir görmək fikriniz var?
- Əlbəttə, Hüseynov böyük intizamsızlığa yol verib. O, əvvəllər də qırmızı vərəqə alaraq, komandamızı pis vəziyyətdə qoymuşdu. Həmin vaxt Vüsalla bizim ciddi söhbətimiz oldu, onu cəzalandırdıq. Amma yenə də belə bir hərəkət etdi. Bununla bağlı futbolçu ilə yenidən ciddi söhbətimiz olub. Təbii ki, biz də onu cəzalandıracağıq. O, oyunçuya yaraşmayan hərəkət edib. Amma onu da bildirməliyəm ki, həmin epizodda Hüseynovu belə addıma “Xəzər-Lənkəran”ın futbolçusu vadar etdi. Gəlib Vüsalı heç nədən vurdu. Təbii ki, futbolçumuz rəqibinə tüpürməməli idi. Nə olursa-olsun, futbolçumuz belə hərəkət etməməli idi.
- Cəza dedikdə, Vüsal Hüseynovun “Muğan”dan kənarlaşdırılmasını nəzərdə tutmursunuz?
- Hələ belə bir fikrimiz yoxdur. Bu məsələyə baxacağıq. Onun qovulub-qovulmayacağını deyə bilmərəm.
- Bəs klubunuza kəsilən cəriməni futbolçunun özünün ödəməsi mümkündür?
- Bəli, mümkündür.
- “Transfer bazarı”nda hansı ölkəyə üstünlük verəcəksiniz?
- Latviya, Litva, Estoniya, Slovakiya, Xorvatiya, Bosniya və Herseqovina, eləcə də Cənubi Amerika ölkələrindən olan futbolçularla danışıqlar aparmaq niyyətindəyik. Bu ölkələrin futbolçuları intizamlı olurlar. Əsasən, arxa xətti gücləndirmək fikrindəyik.
- Demək olar ki, ilk “6-lıq”da yer almayacağınız dəqiqləşib. Bu halda qalan oyunlarda hansı məqsədlər uğrunda mübarizə aparacaqsınız?
- Hər oyuna qələbə üçün çıxacağıq. Baş məşqçi dəyişikliyindən sonra udduğumuz oyunlar da oldu, uduzduğumuz da. Amma komandamızın çıxışında sonadək mübarizə, əzmkarlıq nəzərə çarpırdı.
- Komandanızın baş məşqçi postuna namizədlər qismində hələ də Əsgər Abdullayevlə İqor Ponomaryovun adı hallandırılır. Fasilə müddətində bu vəzifədə dəyişiklik etməyiniz mümkündür?
- Xeyr. Bunların hamısı şayiədir. Biz işimizi Almir Hurtiçin üzərində qurmuşuq, ona şans vermişik və hələ də baş məşqçimiz odur. Hurtiçə hər cür şərait yaratmışıq, arxasında durmuşuq. Onunla işimizi davam etdirmək istəyirik. Özü də bizimlə əməkdaşlıqda maraqlıdır.
- Yəni, Unibank Premyer Liqasının XVIII turunda “Muğan”ın sükanı arxasında yenə Hurtiç olacaq?
- Bəli. Bu, birmənalıdır.
Mənbə: lent.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı