Mahmud Qurbanov: “Unudulmaq istəmirəm”

Mahmud Qurbanov: “Unudulmaq istəmirəm”
XƏBƏR 31 Dekabr 2009 / 00:59 2243
-  A +

“Bakı”nın üzvü Mahmud Qurbanov klubun prezidenti Hafiz Məmmədovun onun adına "Mahmud Qurbanov klubu" yaradılması ilə bağlı təklifini sevinclə qarşılayıb. Qol.Az-ın müxbirilə söhbətində təcrübəli yarımmüdafiəçi “Mahmud Qurbanov klubu”nun yaradılmasını istədiyini bildirib: “Bu xəbəri eşidəndə çox sevindim. Hafiz müəllimə təşəkkür edirəm ki, belə bir təkliflə çıxış edib. Bu, qürurvericidir. Mənim adıma klubun yaradılmasına çox sevinərəm. Futbolçu ömrü qısa olur. Karyerasını bitirdikdən sonra isə futbolçular tez unudulurlar. Mən isə bunu istəmirəm. Ona görə də belə bir klub yaradılsa, yəqin ki, azarkeşlər məni uzun müddət unutmazlar”.  


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord