Bakıda tikiləcək 60 minlik stadion (FOTO)

Bakıda tikiləcək 60 minlik stadion (FOTO)
XƏBƏR 30 Dekabr 2009 / 18:59 3640
-  A +

Bakıda tezliklə möhtəşəm stadion inşa olunacaq. Qol.Az-ın məlumatına görə, bu barədə iki gün öncə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, Böyükşor qəsəbəsində tikiləcək stadion 60 min tamaşaçı tutumuna malik olacaq.
Hazırda həmin ərazidə neft gölməçələri qurudulur, qum tökülür. Rəhimov inşaat işlərinin başlanacağı tarix barədə açıqlama verməyib. Lakin tikintinin Dövlət Neft Şirkəti tərəfindən həyata keçiriləcəyi dəqiqdir. Tamaşaçıların oyunu rahat izləmələri üçün tribunaların üzərində dam tikiləcək. Stadionun yanında Hovuz Kompleksi də olacaq.

 


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord