Televiziya tamaşaçıları da Vaqif Cavadovu seçdilər

Televiziya tamaşaçıları da Vaqif Cavadovu seçdilər
XƏBƏR 30 Dekabr 2009 / 18:09 2218
-  A +

"İdman Azərbaycan" kanalında yayımlanan "Premyer Liqa" verilişində keçirilən sorğuya əsasən "Qarabağ" klubunun futbolçusu Vaqif Cavadov 2009-cu ilin ən yaxşı oyunçusu seçilib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Unibank Kommersiya Bankının dəstəyi ilə keçirilən sorğuda "Xəzər Lənkəran" klubunun futbolçusu Kamran Ağayev ikinci, "Qarabağ" klubunun digər futbolçusu Rəşad Sadıqov isə üçüncü olmuşdur.
Sorğunun qalibi olan Vaqif Cavadova Unibank tərəfindən Dubay şəhərində 4 günlük istirahət hədiyyə olunub. Digər qaliblər isə Unibank tərəfindən qiymətli hədiyyələr qazanıblar.
Xatırladaq ki, Azərbaycan milli komandasının da üzvü olan Vaqif Cavadov oktyabr ayı üçün Unibank Premyer Liqasının ən dəyərli oyunçusu nominasiyasının qalibi olub.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord