Yanvarda Moskvada keçiriləcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda “Bakı”yla bir qrupda yer alan Tacikistan çempionu “Vaxş”ın bir neçə üzvü ölkələrində “ilin ən yaxşısı” seçiliblər. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, “Vaxş”ın hücumçusu Numan Xakimov Tacikistan Futbol Federasiyası tərəfindən “ilin ən yaxşı futbolçusu” seçilib. 31 yaşlı hücumçu son çempionatda 15 oyunda vurduğu 15 qolla həm də birinciliyin bombardiri adını qazanıb. Bu, Xakimovun ikinci belə uğurudur. İki il əvvəl də təcrübəli forvard eyni uğura imza atmışdı.
Tacikistanda ilin ən yaxşı müdafiəçisi də məhz “Bakı”nın rəqibinin heyətində çıxış edir. Söhbət 31 yaşlı Raxmatulla Fuzaylovdan gedir. 2009-cu ilin Tacikistanda ən yaxşı müdafiəçisi elan edilən Fuzaylov əvvəllər Rusiyanın “Şinnik” və “Alaniya” kimi klublarında çıxış edir.
Gözlənildiyi kimi, ilin ən yaxşı baş məşqçisi adı da “Vaxş”ın çalışdırıcısı Asliddin Xabibulloyevə qismət olub.
Xatırladaq ki, “Bakı” Moskvadakı ilk oyununu məhz taciklərə qarşı keçirəcək. Yanvarın 16-ı “Dinamo” manejində baş tutacaq qarşılaşma Bakı vaxtıyla saat 14:00-da başlayacaq.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri