“Bura gələnə qədər Azərbaycan futbolu barədə məlumatım çox az idi. Yalnız “Qarabağ”ın Avroliqada “Tvente”yə qarşı oyununu izləmişdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın yeni transferi Adnan Bərəkət klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Hollandiyalı oyunçu futbolçularımızın avropalılardan fiziki və texniki cəhətdən geri qaldığını deyib: “Çempionatınızda mübarizə aparan komandaların fiziki və texniki hazırlıq səviyyəsinin Avropa ilə müqayisədə elə də yüksək olmadığını deyə bilərəm. Amma xoşuma gələn cəhətlər də çoxdur. Bakının müasir Avropa şəhəri olması məni yaxşı mənada təəccübləndirdi. Yeni komandamın kollektivi məni gülərüzlə qarşıladı, səmimiyyət yüksək səviyyədədir. Milli komandanıza almaniyalı Berti Foqtsun çalışdırdığından da xəbərim var. Burada uğur qazanacağıma əminəm”.
Azərbaycan futbolunun sürətlə inkişaf etdiyini, “Bakı”nın qarşısına ciddi məqsədlər qoyduğunu görəndən sonra Azərbaycan çempionuna üstünlük verdiyini bildirən futbolçu sözlərini belə tamamlayıb: “Bakı” barədə menecerim mənə ətraflı məlumat verib. Komanda hər il çempionluq, avrokuboklar üçün oynayır. Bu, Azərbaycana gəlməyimin əsas səbəbidir. İnşallah, komandaya xeyirli olaram”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri