Qış fasiləsinə yollanan Salyanın "Muğan" klubu yanvarda bir araya gələcək. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu ilin ilk ongünlüyündə toplaşacaq komanda hazırlığın ilk hissəsini Bakıda keçəcək. Bu dövr ərzində heyətə əsasən Avropa və Cənubi Amerikadan yeni oyunçular cəlb olunacaq. Bundan əlavə yerli futbolçuların da heyətə cəlb olunacağı gözlənilir. Klubun baş məşqçi postunda isə dəyişiklik gözlənilmir. Qış fasiləsindən sonra da Almir Hurtiç "Muğan"ın baş məşqçisi vəzifəsində işini davam etdirəcək.
Qeyd edək ki, "Muğan" klubu bir müddət öncə heyətdən kənarlaşdırdığı müdafiəçi Ruslan Qafittulinə azad transfer hüququ verib
Mənbə: pfl.az
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər