"2009-cu il "Simurq" üçün doğrudan da uğurlu oldu. Mən 2007-ci ildən komandanın şərəfini qoruyuram və bu müddətdə ən yaxşı nəticəni məhz bu il göstərdik. Bürünc medallara sahib çıxaraq, Avropa Liqasında Azərbaycanı təmsil etdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”un kapitanı Aleksandr Malıgin başa çatmaqda olan 2009-cu ili dəyərləndirərkən klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.
Ukraynalı müdafiəçi “altılığ”a düşməyə çalışacaqlarını bildirib: “Əlbəttə, debüt istədiyimiz kimi uğurlu alınmadı. Məhz həmin məğlubiyyət və bir neçə xırda problemlər üzündən mövsümə yaxşı başlamadıq. Çempionatın gedişində sürət yığsaq da, indiki durumumuz "Simurq" kimi maksimalist insanların çalışdığı komandanı razı sala bilməz. Düzdür, "altılıq"dakı yerimizi qoruyuruq və qalan 5 turda da bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.
Malıgin komandasının son turlardakı uğursuzluğundan da söz açıb: “Ardıcıl 6 oyundur qələbə qazana bilmirik. Nə söyləmək olar? Bu seriya hər hansı bir eniş və ya böhranla əlaqəli deyil. Hər oyuna fərdi yanaşmaq lazımdır. Məsələn, "Qəbələ", "Muğan", "Standard"la görüşlərdə xeyli qol imkanın boşa verdik, "Neftçi" ilə son qarşılaşma ərəfəsində qrip epidemiyası ilə üzləşmişdik. Onu demək istəyirəm ki, uğursuzluqların səbəbini konkret məqamda, konkret vəziyyətdə axtarmaq lazımdır. Fikrimcə, "Qarabağ" və "Neftçi" ilə qolsuz heç-heçələr pis nəticə deyil. Amma əla nəticə də deyə bilmirəm, çünki, "Simurq" prinsipcə evdə qazanılan 1 xala sevinən kollektiv deyil. Bütün oyunlarda məqsədimiz 3 xaldır. "Altılıq" şanslarımız qalır, davam edir. Bu, ilkin məqsəddir və ona çatmaq üçün çalışırıq. 2010-cu ildə daha uğurlu nəticələr göstərəcəyimizə inanıram. Zaqatalalı azarkeşlərə bizə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Biz onlar üçün futbol oynayırıq. Hətta qələbə qazana bilmədiyimiz matçlardan sonra bizə dəstək olurlar. İnanın ki, futbolçu üçün bundan gözəl hədiyyə ola bilməz. Bütün Azərbaycan xalqını, klub rəhbərliyini, həmkarlarımı, dostlarımı Yeni il münasibəti ilə təbrik edirəm. Qoy, 2010-cu il hər birinizin ailəsinə sevinc gətirsin”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri