«Neftçi» Braziliyadan futbolçu gətirir

XƏBƏR 6 Yanvar 2009 / 13:09 3091
-  A +

«Neftçi»yə Braziliyadan futbolçu cəlb olunacaq. Bu məlumatı Qol.Az saytına hazırda Antalyada olan komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı verib. O bildirib ki, kluba ümumilikdə 12 futbolçunun baxışa gələcəyi gözlənilir. Onun sözlərinə görə, yanvarın 7-də komandanı Antalyada qarşılayacaqlar. Baxışa çağırılan futbolçular komandanın düşərgəsinə Türkiyədə qoşulacaq: «Braziliyadan başqa, digər ölkələrdən də oyunçular gələcək. Postsovet dövlətlərindən də futbolçular baxışda olacaqlar».


Son xəbərlər