“Qarabağ”ın fasilə dövründə keçəcəyi hazırlıq planı bəlli olub. Qol.Az-ın Ağdam klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri yanvarın 6-dan etibarən toplanışa yığışacaq. Hazırlığın ilkin mərhələsi Bakıda baş tutacaq. 5 gün sonra Türkiyəyə yollanacaq “Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək. 5 ulduzlu “İC Santai” otelində qalmağı planlaşdıran komanda üzvləri Aralıq dənizi sahillərində 2 həftə qalacaqlar. “Qarabağ”ın Antalyada ən azı 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərin kimliyinə Antalyada aydınlıq gələcək.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər