“Aktobe”nin rəisi: “İlk vəzifəmiz “Birlik Kuboku”nu qazanmaqdır”

“Aktobe”nin rəisi: “İlk vəzifəmiz “Birlik Kuboku”nu qazanmaqdır”
XƏBƏR 25 Dekabr 2009 / 12:54 2101
-  A +

Yanvarda Moskvada keçiriləcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda “Bakı”yla bir qrupda yer alan Qazaxıstan çempionu “Aktobe”nin rəisi Vasili Yurçenko 2010-cu illə bağlı planlarını açıqlayıb. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktau təmsilçisinin rəsmisi komandasının ilk öncə “Birlik Kuboku”nu qazanmalı olduğunu düşünür: “2010-cu ildə komandamızın qarşısına ənənəvi tapşırıqlar qoyulub. Mümkün olduqca qatıldığımız bütün yarışlarda uğurlu çıxış etməliyik. İlk vəzifəmiz isə “Birlik Kuboku”nu qazanmaqdır. Biz Moskvaya məhz bunun üçün gedirik”.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner