«Turan» klubunun baş məşqçisi Nizami Sadıqov «İnter»in baş məşqçisi Kaxaber Sxadadze ilə aralarındakı insident səbəbindən AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərara münasibət bildirib. Dörd oyunluq və dörd min manatlıq cəzanın onun və komandası üçün ağır olduğunu deyən N.Sadıqov qərarı başa düşmədiyini vurğulayıb: «Mənim günahım yoxdur. Sxadazenin etdiyi hərəkətə görə mən cavabdeh deyiləm».
N.Sadıqov bildirib ki, oyununun axır dəqiqələrində «İnter» qol vurandan sonra
Sxadadze ona qarşı təhqiramiz jestlər edib. «Mən tərəfdən Sxadadzeyə heç bir artıq hərəkət olmayıb. Qol vurduqdan sonra aqressiv şəkildə bizim oturduğumuz skamyaya yaxınlaşdı, jestlər etdi. Mən də cavab verdim ki, ayıbdır, məşqçisən, belə hərəkətlər sənə yaraşmaz. Bundan sonra hakim hər ikimizə qırmızı vərəqə göstərdi».
Xatırladaq ki, AFFA İntizam Komitəsinin bugünkü qərarına əsasən, bir-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün Nizami Sadıqov və Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb, klublar isə 4000 manat cərimə olunub. Hər iki məşqçiyə verilmiş cəzanın yarısı (2 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni məşqçilər 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə ediləcək.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı