Altı klub cərimələndi

XƏBƏR 22 Dekabr 2009 / 13:11 2280
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Unibank Premyer Liqasının XVI turunun bəzi oyunlarında yaşanan hadisələrlə bağlı qərarlar çıxarılıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Karvan" - "Muğan" oyununun 85-ci dəqiqəsində "Karvan" klubunun futbolçusu Əziz Quliyev rəqibini əlllə tutub saxladığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanır, klub 200  manat cərimə olunub.  
"Xəzər Lənkəran" - "Qəbələ" oyununda "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 
"Bakı" - "Olimpik-Şüvəlan" oyununda "Bakı" klubunun 4, "Olimpik-Şüvəlan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. 
"Neftçi" - "Standard" oyununda "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində "Standard" klubunun futbolçusu Ramin Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. 
"Qarabağ" - "Simurq" oyununun 81-ci dəqiqəsində meydana kənar əşya (alışqan) atıldığı üçün meydan sahibi - "Qarabağ" klubu 2000 manat cərimə olunub. 

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?