Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov 2009-cu ilin futbolun inkişafı üçün uğurlu il olduğunu düşünür. Biz bu il bir çox yeni layihələrin həyata keçirilməsinə başladıq, yeniliklər tətbiq etdik. 2009-cu ildə məqsəd Azərbaycanda futbolun kütləviliyini təmin etmək olub. Hesab edirəm ki, bu sahədə də irəliləyişə nail olmuşuq. İlin əvvəlində AFFA-nın elektron bazasında qeydiyyatdan 1500 uşaq keçmişdi, hazırda 7200 futbolçu bu siyahıdadır. Onlar AFFA bayrağı altında müxtəlif turnirlərdə iştirak edirlər" - bu haqda “Trend” İnformasiya Agentliyinə ilin yekunlarına dair açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, 2009-cu ildə 13, 15 və 17 yaşlıların liqaları yaranıb: "Bu il məşqçilər üçün böyük kurslar keçirilib. 2008-ci ildə başalyan bu strategiyamız davam edib".
Baş katib deyib ki, AFFA 2010-cu il üçün də müxtəlif yarışlar keçirməyi planlaşdırır: “Təbii ki, bəzi məsələlərin həlli üçün vaxtımız çatmayıb. Məsələn, 11 yaşlı uşaqların liqasını yarada bilməmişik. Bunu növbəti ildə reallaşdıracağıq. Çünki bu liqaların yaradılması Azərbaycanda futbolun inkişafına böyük təkan olacaq".
Məmmədov qeyd edib ki, 17 yaşlıların keçənilki və 19 yaşlıların builki uğurlu çıxışları Azərbaycanda artıq futbolun inkişafının stabilləşdiyini göstərir: “19 yaşlılar arasında keçirilən yarışda qadınlardan ibarət komandamız da bu il uğurlu çıxış edib. Çimərlik futbolu üzrə komandamız bu il Avropa çempionatında 9-cu yeri tutub. Futzal yığma komandamız da ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazanıb və hazırda Avropada 12-ci komandadır. Bu bir daha göstərir ki, Azərbaycanda yalnız böyük futbolu deyil, bütün futbol növlərini inkişaf etdiririk".
Milli komandanın çıxışına gəldikdə, AFFA rəsmisi bildirib ki, 2009-cu ildə heyətdə gəncləşdirmə siyasəti aparılıb: "Baş məşqçi tərəfindən aparılan bu siyasətin bəhrəsinin biz mövsümün sonunda şahidi olduq. Milli komandamız inamlı oyunları ilə bunu sübut etdi. Ümid edirik ki, gələn il ən azı builkindən daha uğurlu olacaq".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı