Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının (AFFA) I vitse-prezidenti hakimlərini ədalətli olmağa çağırıb. "Federasiya futbolun inkişafı üçün hər şeyi edir, həm çempionatın keçirilməsinə, həm də hakimlərin oyunları idarə etməsinə diqqətlə yanaşır. Əgər biz Azərbaycanda həqiqi mənada futbolun inkişafını istəyiriksə, nöqsanlar aradan qaldırılmalıdır. Hansı komandaların oyununu idarə etməsindən asılı olmayaraq, hakimlər ədalətli olmalıdırlar. Bu gün heç kim futbolda polis nəzarəti tətbiq edə bilməz", - deyə AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib.
R.Əliyevin sözlərinə görə, hakimlərin peşəkarlığının artırılması üçün ildə iki dəfə seminarlar keçirilir: "AFFA-nın prezidenti tərəfindən bu məsələni daim nəzarətdə saxlamaq üçün xüsusi komissiya yaradılıb. Onlar elə adamlardır ki, qərar qəbul etmələrinə heç bir təsir göstərmək mümkün deyil. Oyunların ədalətli idarə edilməsi daha çox klublardan və hakimlərin özlərindən asılıdr".Onun fikrincə, əgər hər hansı iki komanda öz arasında və hakimlə oyunun nəticəsi barədə danışırsa, bu, çox pis haldır.
AFFA-nın belə faktları vaxtaşırı aşkarlamasına gəldikdə, I vitse-prezident deyib ki, danışıqlar olursa belə, bunu təsdiq etmək lazımdır: "Əgər biz hər hansı iki komandanın oyunun nəticəsi ilə bağlı danışıqlar apardığını iddia etsək, bu, bizim tərəfimizdən şər atılması kimi qəbul oluna bilər. Biz futbolumuzun inkişafının istəyiriksə, daxilən bunu arzulamalıyıq və buna hazır olmalıyıq. Əks halda, danışılan oyunlar bizim güclü komandaların irəliləməsinə mane olacaq və onlar beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə bilməyəcəklər".
Hakimlərin ədalətlilik prinsipinə hazırda nə dərəcədə əməl etməsinə gəldikdə, R.Əliyevin fikrincə, komitələrin işinə heç kim müdaxilə etməməlidir: "Bu komitənin sədri, müavini, aparatı var, nöqsanalrın aradan qaldırılması üçün onlar işləməli, nəzarət etməlidirlər. Onlar cavan hakimləri hazırladıqlarına görə bizdən vaxt istədilər. Biz də bu prosesə dəstək verdik və cavan hakimlər ortadadırlar. İndi artıq komitə onlarla vicdanla işləməlidir".
Mənbə: trend.az
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da