Samir Musayev komanda yoldaşını zədələdi

XƏBƏR 16 Dekabr 2009 / 01:31 2263
-  A +

"Turan"ın qapıçısı Şamil Saidov zədələnib. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın son turunda "Xəzər Lənkəran"la ev oyunundan öncə isinmə hərəkətləri zamanı komanda yoldaşı Samir Musayevin zərbəsini dəf etmək istəyən qapıçının sol əli biləkdən burxulub. Buna baxmayaraq, dağıstanlı qapıçı əsas heyətdən kənarda qalmayıb. Matçdan sonra Gəncəyə çatdırılan qolkiperin əlinə gips qoyublar. Komandasının son iki məşqini buraxan Saidovun sağlıq durumu hal-hazırda normaldır. Bununla belə qapıçının "İnter"lə matçı buraxmaq ehtimalı var.

Son xəbərlər
12.05.25  12:14

Evdə 150-ci qol