AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Premyer Liqanın son turunda baş tutan “Simurq” - “Bakı” oyunun baş hakimi Əfqan Həmzəyevin idarəçiliyinə qiymət verib. Qol.Az-ın məlumatına görə, bu gün “İdman-Azərbaycan” kanalında yayımlanan “Premyer Liqa” verilişinin qonağı olan Xaqani Məmmədov bildirib ki, həmin gün Əfqan Həmzəyev karyerasının ən yaxşı oyununu idarə edib: “Bu günə qədər Əfqan heç vaxt belə gözəl oyun idarə etməmişdi. O “Bakı”nın qapısına penalti təyin etməkdə haqlı idi. Çünki epizoddan da görünür ki, Əhməd Ticani həmin epizodda açıq-aşkar əliylə topun qarşısını kəsir. Fikrimcə, futboldan başı çıxan hər bir adam bu epizodda penaltinin olduğunu təsdiq edər”.
Hakimlər Komitəsinin sərdi eyni zamanda həmin matçın ikinci hissəsində “Bakı”nın penalti tələb etdiyi epizoda da aydınlıq gətirib: “Həmzəyev bu epizodda da düzgün qərar verdi. Malıgin Jabaya qarşı kobud oynamadı. Sadəcə olaraq, o havada olarkən Jabaya toxundu və buna görə də “Bakı”nın forvardı yerə yıxıldı. Bir daha təkrarlayıram ki, Əfqan Həmzəyev “Simurq” - “Bakı” oyununu yüksək səviyyədə idarə etdi”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da