Fərhad Vəliyev və Zaur Həşimov cəzalandırılıb

XƏBƏR 12 Dekabr 2009 / 16:51 2358
-  A +

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov Unibank premyer-liqasının bu həftənin çərşənbə günü keçirilən «Qarabağ» - «Muğan» oyunu zamanı qapıçı Fərhad Vəliyevlə komanda yoldaşı Zaur Həşimov arasında yaranan insidentə münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində Qurban Qurbanov belə hadisələrin dünyanın istənilən futbolçuları arasında yaşandığını deyib: «Futbol emosional oyundur və təbii ki, bəzən futbolçular əsəblərini cilovlaya bilmirlər. Fərhadla Zaurun mübahisə etməsi o demək deyil ki, «Qarabağ» komandasında hansısa problem var. Hələ «İnter»lə oyundan sonra da Fərhad Vəliyevlə rəqib müdafiəçi Samir Abbasov arasında insident yaşanmışdı. Sonradan onların münasibətləri qaydasına düşdü. Hesab edirəm ki, milli komandanın futbolçuları belə hərəkətə yol verməkdənsə, hamıya yaxşı davranışlarıyla nümunə olmalıdırlar».
Konkret «Qarabağ»ın futbolçuları arasında yaşanan insidentə gəlincə, Qurban Qurbanov bu hadisəyə görə hər iki futbolçunun cəcazandırıldığını bildirib. Amma o, komandanın daxili işi olduğu üçün cəzanın konkret nəyi əhatə etməsi barədə açıqlama verməyib.

 


Son xəbərlər