Türkiyənin tanınmış idman yazarı, hazırda İzmirin “Bostanlıspor” klubunun idarə heyətinin sədri Avni Erboy “Bakı” futbol klubunun dəvəti ilə paytaxtımızda qonaqdır. Erboy səfərinin məqsədi və gələcək planları barədə “Bakı”nın rəsmi internet saytına açıqlama verib: “Ölkənizə “Bakı” klubunun vitse-prezidentləri Zeynal Məmmədov və Tunc Afşarın dəvəti ilə gəlmişəm. Əsas məqsədim əsas komandanın növbəti turlara təsadüf edən iki oyununu izləmək, həmçinin, əvəzedici komandanın oyunlarına baxmaqdır. Səfərimin yetərincə maraqlı alınacağını əvvəlcədən təxmin etmişdim. “Bakı”nın futbolun inkişafı naminə atdığı addımlar məni heyrətləndirdi. Tam səmimi deyə bilərəm ki, “Bakı”nın prezidenti cənab Hafiz Məmmədovun klubun bazası, aşağı yaş qrupu üzrə komandaların təşkili məqsədi ilə gördüyü işlər tək klub yox, həm də Azərbaycan futbolu üçün də çox əhəmiyyətlidir. O, əsas komandanın gücləndirilməsi ilə bərabər klubun infrastrukturu ilə bağlı ciddi işlər görür”.
Tanınmış idman yazarı “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz barədə də fikirlərini açıqlayıb: “Bülənt Qorxmaz “Qalatasaray” kimi böyük komandada yetişmiş, klubun şərəfini ən çox qorumuş futbolçu, bir sözlə, əfsanədir. Açığı, onun Azərbaycana dəvət olunması ilə bağlı xəbəri Türkiyədə eşidəndə əvvəlcə buna inanmadım. Onun Bakıya gəlməsi Azərbaycan üçün, futbolunuzun təbliği üçün mühim hadisədir. O, yaxşı futbolçu olmaqla bərabər əzmkar, səmimi şəxsdir. Məşqçi kimi burada uğurlar qazanacağına inanıram. Əmin olun ki, Qorxmaz “Bakı” və Azərbaycana çox fayda verəcək”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır