“Neftçi”nin bombardiri Adrean Neaqanın müsahibəsi
- Adrean, işlərin necə gedir?
- Normal. Ötən turda “Turan”la səfər qarşılaşmasından qələbə ilə dönməyi bacardıq. Çalışırıq ki, ilk növbədə “altılığ”a düşək. Bundan sonra medallar uğrunda mübarizə aparacağıq.
- Yeri gəlmişkən, “Turan”la oyun sənin üçün də uğurlu oldu...
- Elədir. Tovuzdakı matçda komandamızın qələbəsi üçün çox vacib iki qola imza atdım. Biz həmin görüşdə 3:2 hesabı ilə qalib gələrək, öz mövqeyimizi və çempionluq şanslarımızı saxladıq. Düzdür, çempionluq haqqında danışmaq hələ çox tezdir. Çünki az öncə qeyd etdiyim kimi, bunun üçün əvvəlcə ilk “altılığ”a düşmək lazımdır.
- Səncə, bu vəzifənin öhdəsindən gələ biləcəksiniz?
- Mən öz komandamıza inanıram. “Neftçi”də son vaxtlar dəyişikliklər oldu. Yeni baş məşqçi təyin edildi və onun rəhbərliyi altında daha yaxşı oynayırıq. İnanıram ki, qış fasiləsindən sonra heyət daha da gücləndiriləcək və qızıl medallar uğrunda mübarizə aparan komandalar sırasında biz də olacağıq.
- Azərbaycan futbolunun səviyyəsi haqqında nə deyə bilərsən?
- Klubların maddi imkanları pis deyil. Şəxsən mənim hazırkı klubumdan və ümumiyyətlə, Azərbaycandakı karyeramdan narazılığım yoxdur. Yeganə ciddi problem meydançaların vəziyyətinin bərbad halda olmasıdır. O cür meydançalarda futbol oynamaq çox çətindir.
- Sənə qarşı münasibət necədir?
- Çox yaxşı. Özümə qarşı hər yerdə hörmət görürəm. Bu, mənim üçün çox xoşdur. Etimadı doğrultmaq üçün də əlimdən gələni edəcəyəm.
- Rumıniya çempionatı ilə maraqlanmaq imkanın olurmu?
- Əlbəttə. Rumıniyada baş verənləri diqqətlə izləyirəm. Bacardığım qədər ətraflı məlumatlar almağa çalışıram. Bir sözlə, gündəmdə olan heç nəyi nəzərdən qaçırmıram.
- Karyeranı yenidən Rumıniyada davam etdirməyin mümkündür?
- Bu sualınıza konkret cavab verməyim mümkün deyil. Çünki vətənə qayıtmaq variantı haqqında indidən heç nə deyə bilmərəm. “Neftçi” ilə qüvvədə olan yarım illik anlaşmam var. Bu isə o deməkdir ki, ən azı yaya qədər hazırkı klubumda qalacağam. Qalıb-qalmamaq haqqında yalnız bundan sonra fikirləşmək olar. Ola bilər ki, müqavilənin müddətini uzatdım, ya da “Neftçi”ni tərk edib. Azərbaycanın başqa klubu ilə anlaşdım. Az öncə qeyd etdiyim kimi, Azərbaycanda işlərim yaxşı gedir və demək olar ki, bu ölkəyə tam uyğunlaşmışam.
- Bir qədər də komanda yoldaşın Ruslan Abışov haqqında soruşmaq istərdik. Onunla Rumıniya klubları ciddi maraqlanırlar. Hətta bu siyahıya sənin keçmiş komandan “Styaua” da qoşulub...
- Mən burada qeyri-adi bir şey görmürəm. Ruslan çox yaxşı futbolçudur, milli komandasının şərəfini qoruyur. Bu mənada onunla əcnəbi klubların maraqlanması tam normaldır.
- Onu Azərbaycan futbolunun gələcək ulduzlarından biri hesab edirlər. Doğrudurmu?
- Bəli, bu belədir. Ruslan gələcək üçün böyük perspektiv vəd edən futbolçudur. Onun üstün komponentləri çoxdur. Gəncdir, istəklidir, daim öz üzərində işləyir. Bunun nəticəsidir ki, artıq öz ölkəsinin milli komandasında da möhkəmlənir. Əminəm ki, gələcəkdə hər hansı bir problem çıxmasa, o, Azərbaycan yığmasının əvəzedilməz futbolçusuna çevriləcək. Eyni zamanda o, ulduz futbolçu səviyyəsinə qədər yüksələcək.
- Adətən, müdafiənin mərkəzində çıxış edən futbolçuların əksəriyyəti arxada daha çox top saxlamağa risk etmirlər. Çünki onu itirmək təhlükəsi var. Amma Abışov deyəsən, bunu yaxşı bacarır...
- Ruslan elə müdafiəçidir ki, topla müdafiənin dərinliyindən oyuna qoşula və komandasının hücumunu qura bilir. Belə vəziyyətdə onun qarşısını almaq çox vaxt çətin olur. çünki topu ayağında çox yaxşı saxlamağı və onunla gözəl rəftar etməyi bacarır. Bu xüsusiyyətlərə malik futbolçuları Azərbaycanda çox yüksək qiymətləndirirlər.
- Onun başqa hansı yüksək keyfiyyətlərini bizim üçün sadalaya bilərsən?
- Topla davranışını dedim. Bundan başqa, təkbətək mübarizələrdə çox uğurludur. Həm havada, həm də yerdə yaxşı mübarizə aparır, rəqib hücumçular üçün keçilməzdir. Amma mən çox istərdim ki, o, tezliklə oynadığı çempionatı dəyişsin və Azərbaycanı tərk etsin. Qeyd etdiyim kimi, onun böyük potensialı var. Bu potensialını futbolçu kimi daha geniş şəkildə açmaq, daha böyük təcrübə toplamaq istəyirsə, daha güclü çempionatda oynamalıdır.
- Deməli, Abışov Rumıniya çempionatında oynaya bilər?
- Niyə də yox? Məncə, Ruslan Rumıniya çempionatında çox rahat oynaya bilər. Bir müddətdir ki, onunla eyni komandanın şərəfini qoruyuram. Onu tanımasam və gücünə bələd olmasam, haqqında bu qədər yüksək fikirlər söyləməzdim.
Mənbə: “Sporturilor”
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video