Milli komandamızın və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev bir müddət əvvəl İntizam Komitəsi tərəfindən cəzalandırılmasından, deyəsən, hələ də nəticə çıxarmayıb. Qol.Az-ın məlumatına görə, Fərhad Vəliyev bu gün ölkə çempionatının XIV turu çərçivəsində “Muğan”a qarşı keçirilən oyunda komanda yoldaşı Zaur Həşimovun üstünə şığıyıb. Oyunun birinci hissəsinin sonlarında komanda yoldaşının səhv etdiyini görən Fərhad onun üstünə gələrək, aqressiv şəkildə narazılığını bildirib. Yalnız digər oyunçuların müdaxiləsindən sonra hər iki futbolçunu sakitləşdirmək mümkün olub. Matçın baş hakimi Ceyhun Haşımov da təcrübəli qolkiperi yanına çağıraraq, şifahi şəkildə ona xəbərdarlıq edib.
Xatırladaq ki, “İnter”lə oyundan sonra Samir Abbasova qarşı qeyri-etik hərəkət etdiyinə görə Vəliyev 3 oyunluq cəzaya məruz qalıb. Məhz “Muğan”la matçda Fərhad cəzasını başa vuraraq, sıraya dönüb. Lakin onun 3 oyunluq şərti cəzası qüvvədə qalıb. Növbəti dəfə qeyri-etik hərəkət edəcəyi halda, Vəliyev yenidən 3 oyunluq cəzalanacaq.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır