«Simurq»a nə olub?

«Simurq»a nə olub?
XƏBƏR 10 Dekabr 2009 / 13:24 2119
-  A +

«Simurq» klubunun prezidenti Zaur Məmmədov komandasının son üç oyundakı uğursuzluğunu - «Qəbələ», eləcə də autsayderlər «Muğan» və «Standard»la görüşlərdə heç-heçə oynamasını bəxtsizliklə əlaqələndirir. Z.Məmmədov Qol.Az-ın müxbirilə söhbətində bildirib ki, «Simurq» yaxşı oyun nümayiş etdirsə də, son məqamda qol vura bilmir: «Heçə-heçə etməyimizə baxmayaraq, dünən «Standard»la oyundan sonra futbolçulara təşəkkür etdim». Z.Məmmədov «Simurq»un ətrafında dedi-qoduların hələ də səngimədiyini vurğulayıb. «Bizim uğurları kimlərinsə gözü götürmür. Komandamıza ögey münasibət davam edir».

Son xəbərlər