Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbol komandasının çalışdırıcısı Siyasət Əsgərov AFFA-nın təşkil etdiyi məşqçilik kurslarında fərqlənib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, o, “B” kateqoriyalı kursa qatılan məşqçilər arasında ən yaxşı seçilib. Əsgərov almaniyalı Oliver Pelzerin rəhbərlik etdiyi kursda nəzəri və praktiki biliklər baxımından bütün həmkarlarını qabaqlayıb. Kurslarda ümumilikdə 24 məşqçi iştirak edib. Yaxın günlərdə MOİK-in məşqçisinə “B” kateqoriyalı lisenziya təqdim olunacaq.
Əsgərov məşqçilik savadını gələcəkdə də artıracağını söyləyib: “Kurslar çox maraqlı keçdi. Nəzəri və praktiki biliklərə yiyələndik. Kurslarda iştirakıma şərait yaratdığı üçün MOİK rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bundan başqa, AFFA rəsmilərinə də xüsusi təşəkkür edirəm. Çünki məhz onların səyi nəticəsində gənclərimiz məşqçilik savadı almaq şansı qazanırlar. Gələcəkdə daha yüksək kateqoriyalı kurslarda iştirak etməyi planlaşdırıram. Məqsədim güclü məşqçi kimi püxtələşmək və Azərbaycan futbolunun inkişafına töhfə verməkdir”.
Qeyd edək ki, 23 yaşlı Əsgərov MOİK-in əsas futbol komandasında Ramil Əliyevin köməkçisi işləyir.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq