Millimizin elit-raunddakı rəqibləri məlum oldu

Millimizin elit-raunddakı rəqibləri məlum oldu
XƏBƏR 8 Dekabr 2009 / 15:07 1815
-  A +

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda çıxış edəcək millimizin rəqibləri müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komandamız 4-cü qrupda Türkiyə, Norveç və İspaniya milliləri ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2010-cu il aprelin 14-də, 16-da və 19-da Türkiyədə keçiriləcək.


Son xəbərlər