Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti bildirib ki, futbol hakimlərinin səhvi ötən çempionatla müqayisədə çox olur. "Builki çempionatda hakimlərin çox səhvi olub. Amma qərəzli səhv olmayıb. Əgər çempionatın səviyyəsi artırsa, deməli, hakim səhvləri də artmalıdır", - deyə “Trend”ə PFL-in prezidenti Ramin Musayev bildirib.
"Unibank Premyer Liqanın" 2009-2010-cu il XVIII çempionatı ərəfəsində iki hakim Babək Quliyev və Anar Niyazov oyundan öncə klub rəhbərləri ilə danışığa görə hakimlikdən uzaqlaşdırılıb.
AFFA daha bir hakimi cəzalandırmağa hazırlaşır. Bu dəfə hədəfdə FİFA hakimi Fariz Yusifovdur. Yusifov ölkə çempionatının XIII turunda Sumqayıtda "Standard"ın "Bakı"ya 3:4 hesabı ilə məğlub olduğu oyunu idarə edib. Onun 90 dəqiqə ərzində bir neçə kobud səhvə yol verdiyi, meydan sahiblərinin təmiz qolunu hesaba almadığı və bir neçə dəfə futbolçuya sarı vərəqə göstərmədiyi bildirilir.
R.Musayev deyib ki, hakimlərin səviyyəsi bu gün üçün onu qane edir: "Hakimin səhvi o vaxt az olur ki, sönük bir oyun keçirilir, oyun alınmır. Bir dəfə hakimlərin birindən soruşurlar ki, niyə stadionda qaçmadın? Deyir ki, oyunçular qaçmırsa, mən dəli deyiləm ki, ora-bura qaçım".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq