“Qəbələ” Stolpanı cəzalandırdı

XƏBƏR 7 Dekabr 2009 / 13:42 1736
-  A +

Son turda “Qarabağ”la oyunda qırmızı vərəqə alaraq meydandan qovulan və bununla da komandasının xal itirməsinə səbəbkar olan “Qəbələ”nin hücumçusu Tomas Stolpa klub tərəfindən cəzalandırılıb. Bunu Qol.Az-a açıqlamasında Qəbələ klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib: “Biz ümumiyyətlə, gərək olmayan yerə qırmızı vərəqə alaraq meydandan qovulan istənilən futbolçunu cəzalandırırıq. İqor Melnik kimi Stolpa da öz cəzasını alacaq”. Cəzanın maddi cəza olduğunu da diqqətinizə çatdıraq.  

Son xəbərlər