Qurban Qurbanov: "Sevindirici haldır ki, çempionatda belə gözəl oyunların şahidi oluruq"

Qurban Qurbanov: "Sevindirici haldır ki, çempionatda belə gözəl oyunların şahidi oluruq"
XƏBƏR 6 Dekabr 2009 / 18:04 1976
-  A +

"Çox sevindirici haldır ki, ölkə çempionatında belə gözəl oyunların şahidi oluruq. Hər iki komanda sona qədər mübarizə apardı, əzmkarlıq göstərdi”. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri bu gün Premyer Liqanın növbəti turu çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçının oyunsonrası mətbuat konfransında rəqib komandanın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi Qəbələyə qalibiyyət üçün gəldiklərini bildirib: “Təəssüf ki, yalnız 1 xalla kifayətlənməli olduq".

Son xəbərlər