“Bakı”nın fan-klubunun rəhbəri Sumqayıtdakı insidentə aydınlıq gətirdi

XƏBƏR 6 Dekabr 2009 / 14:10 2242
-  A +

“Bakı”nın fan-klubunun rəhbəri Ruslan Hənifəyev dünən “Standard”la oyundan sonra hər iki komandanın azarkeşləri arasında baş verən insidentə aydınlıq gətirib. Qol.Az-ın müxbirilə söhbətində R.Hənifəyev bunları deyib: “Həqəqətən də oyundan sonra azarkeşlər arasında insident oldu. Lakin elə böyük bir ciddi problem baş vermədi. Təxminən 40-50 azarkeş bizə tərəf gəldilər. Lakin mən məsələnin böyüməsinə imkan vermədim. Digər tərəfdən də polislər də vaxtında məsələyə müdaxilə etdilər. Yaralanan olmadı. Avtobusumuza da ziyan dəymədi”.

Daha çox


Son xəbərlər
topaz banner