Vaqif Sadıqov: "Bizim Tovuzda xal itirməyimiz düzgün olmazdı"

XƏBƏR 5 Dekabr 2009 / 17:26 1889
-  A +

“Ilk hissə çox pis oynadıq. Bunun da nəticəsində qapımızda iki qol gördük. Fasilədə uşaqlardan toparlanmalarını tələb etdim. Oyunçularım ikinci hissədə tapşırıqları yerinə yetirdilər və 3 qol vurduq. Nəticədən razı qalsam da, komandanın oyunundan razı qalmadım. Bizim Tovuzda xal itirməyimiz düzgün olmazdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın bu gün keçirilən “Turan” – “Neftçi” matçının oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov “Turan”ın istənilən komandaya baş ağrısı ola biləcəyini qeyd edib: “Turan” bugünkü oyunuyla sübut etdi ki, komandanın gücü və potensialı var. Tovuzlular istənilən rəqiblə mübariz apara bilərlər.

Son xəbərlər