Kənan Kərimov: “Qarabağ” hazırda ən yaxşı formada olan komandadır”

Kənan Kərimov: “Qarabağ” hazırda ən yaxşı formada olan komandadır”
XƏBƏR 4 Dekabr 2009 / 18:44 2176
-  A +

“Rəqibimizi evdə qəbul edəcəyik. Əsas da budur. Təbii ki, meydançaya qələbə üçün çıxacağıq. Hər iki tərəfin qələbə şansı var. İmkanlardan daha yaxşı istifadə edən tərəf 3 xalı qazanacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri bazar günü Qəbələdə “Qarabağ”ı qəbul edəcək “Qəbələ”nin kapitanı Kənan Kərimov deyib. Kərimov bir vaxtlar şərəfini qoruduğu Ağdam təmsilçisi haqqında da danışıb: “Mən özüm də Ağdam klubunun şərəfini qorumuşam. Sizə deyim ki, hazırkı “Qarabağ” tamam fərqli komandadır. Bütünlüklə gənclərə üstünlük verirlər. Şəxsən mən deyərdim ki, “Qarabağ” hazırda ən yaxşı formada olan komandadır”.

Son xəbərlər