“Hakim səhvlərindən danışsaq, gərək futbolu yaddan çıxardaq”

“Hakim səhvlərindən danışsaq, gərək futbolu yaddan çıxardaq”
XƏBƏR 4 Dekabr 2009 / 15:24 1765
-  A +

“Bu mövsüm “Xəzər Lənkəran”ın iştirakıyla keçirilən  oyunlarda da hakim səhvləri olub. Hansı ki, biz, narazı qalmışıq. Amma indi durub həmin səhvlərdən və narazılıqlardan danışsaq, onda gərək futbolu yaddan çıxardaq”. Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov cari mövsüm onlara qarşı hakimlərin münasibətini dəyərləndirərkən deyib. Bütün bunlara baxmayaraq, Mircavadov çempionatın həlledici mərhələsində ölkəyə xarici hakimlərin dəvət edilməsinin tərəfdarı deyil: “Əgər əcnəbi hakim dəvət etsək, onda bizim hakimlərimiz kimə lazım olacaq? Onlara heç UEFA-dan təyinat da gəlməyəcək. Bizim hakimlərin hamısına da zəif demək olmaz. Səhv hamı edir, səhvsiz insan yoxdur. Odur ki mən, yerli hakimlərə etibar edilməsinin tərəfdarıyam. Bir şərtlə ki, həmin hakimlər də, o etibarı öz düzgün idarəçilikləri ilə qazanmalıdırlar”.

Son xəbərlər