Vladislav Qədirov rəis oldu

Vladislav Qədirov rəis oldu
XƏBƏR 4 Dekabr 2009 / 12:04 2186
-  A +

Bir müddət Salyanın “Muğan” klubunun baş məşqçisi işləmiş, lakin Nadir Qasımovun gəlişindən sonra istefaya göndərilən Vladislav Qədirov yenidən sabiq klubuna qayıdır. Qol.Az-ın məlumatına görə, Salyan klubunun rəhbərliyi Qədirova “Muğan”ın rəisi vəzifəsi tapşırıb. Onun əsas işi təşkilatı işləri görməklə bərabər həm də aşağı yaş qrupundan olan komandalara da nəzarət etmək olacaq. Eyni zamanda rəqib komandaları da yaxından öyrənəcək.

Son xəbərlər