"Neftçi" bu gün Tovuzda oyunöncəsi məşqə çıxacaq

"Neftçi" bu gün Tovuzda oyunöncəsi məşqə çıxacaq
XƏBƏR 4 Dekabr 2009 / 11:33 1602
-  A +

Unibank Premyer Liqasının XIII turunda "Turan"la qarşılaşacaq "Neftçi" dünən gecə saatlarında Tovuza yola düşüb. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, heyətində bir sıra itkilər olan "Neftçi" bu gün Tovuz şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq. Xatırladaq ki, Unibank Premyer Liqasının XIII turunun "Turan" - "Neftçi" oyunu şənbə günü - 5 dekabrda keçiriləcək. Oyun saat 14:00-da başlanır.

Son xəbərlər