“Karvan” üçün şad xəbər

“Karvan” üçün şad xəbər
XƏBƏR 3 Dekabr 2009 / 17:31 1994
-  A +

“Olimpik Şüvəlan”la səfər oyununa hazırlaşan “Karvan”ın düşərgəsindən şad xəbər var. Qol.Az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından olan Markus Fereyranın zədəsini sağaldaraq, sıraya dönməsi baş məşqçi Yunis Hüseynovu sevindirib. Həkimlər artıq braziliyalı futbolçuya məşq etməyə icazə veriblər. Xatırladaq ki, Fereyra “İnter”lə ev oyununda zədələnib. O sözügedən həmin matçın 87-ci dəqiqəsinde rəqib futbolçu ilə toqquşmada zədə alaraq, oyunu davam etdirə bilməmişdi. Artıq məşqlərə başlayan Fereyra çox güman ki, “Olimpik-Şüvəlan”la oyunda meydana çıxacaq. İndi “Karvan”ın heyətində yeganə itki Bəşir Müqədidir. Uzun zamandır ki, zədədən əziyyət çəkən tunisli futbolçu hələ bir müddət məcburi istirahət edəcək.

Son xəbərlər