Ruslan Poladov bu il meydana çıxa bilməyəcək

XƏBƏR 3 Dekabr 2009 / 14:27 2006
-  A +

Unibank Premyer Liqasının ötən turunda "Bakı" klubu ilə keçirilən qarşılaşmada zədələnən Ruslan Poladov cari təqvim ilində meydana çıxa bilməyəcək. Qol.Az-ın "Xəzər Lənkəran"ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, həkim müayinəsindən sonra Ruslan Poladovun burun sümüklərinin sındığı aşkarlanıb. Yuxarı çənəsində də natamam sınıq olan 30 yaşlı müdafiəçinin sağalması üçün təxminən üç həftə vaxt lazım olacaq. Bu isə o deməkdir ki, Poladov cari təqvim ilıinin sonunadək meydana çıxa bilməyəcək.

Son xəbərlər