“Simurq”la oyunda xal qazanmaq bizim üçün böyük önəm daşıyır”

“Simurq”la oyunda xal qazanmaq bizim üçün böyük önəm daşıyır”
XƏBƏR 3 Dekabr 2009 / 11:53 1808
-  A +

“Futbolçuların performansı mənə müsbət təsir bağışladı. Hər şey öz qaydasındadır”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”ın yeni baş məşqçisi Almir Hurtiç klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Bosniyalı mütəxəssis “Simurq”la oyunda xal qazanmağa çalışacaqlarını bildirib: “Bu həftə bizi çox önəmli bir matç gözləyir. Mən və futbolçularım bu məsuliyəti yetərincə anlayırıq. Məşqlərimizi mütəmadi olaraq davam etdirəcəyik. Matç gününə qədər lazımınca hazırlaşmalıyıq. Mənə elə gəlir ki, lazımı səviyyədə çalışsaq, hədəfə çata bilərik. İndi komanda üçün xal qazanmaq böyük önəm daşıyır..Komandada zədəlilərin olmaması məni çox sevindirir”.

Son xəbərlər