“Neftçi” Tovuza itkilərlə yollanacaq

XƏBƏR 3 Dekabr 2009 / 00:32 1666
-  A +

“Turan”la oyundan əvvəl “Neftçi”nin heyətində itkilər var. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, zədəli olduqlarına görə Zaur Tağızadənin, Ruslan Abışovun, Suat Ustanın və Nazar Bayramovun Tovuzda meydana çıxacaqları sual altındadır. Digər zədəli futbolçu Andrey Stepanovun isə oynamayacağı dəqiqdir. Yüngül zədəsi olan Rəşad Abdullayevə gəlincə, yarımmüdafiəçi sarı vərəqə limiti dolduğundan, oyunu buraxmaq məcburiyyətindədir. Üstəlik, Almaniyada təlim-məşq toplanışında olduqlarından, Araz Abdullayevlə Tərlan Quliyev də komandaya kömək edə bilməyəcəklər.

Son xəbərlər