“Bakı”nın vitse-prezidenti: “Standard”ı məğlub edəcəyik”

“Bakı”nın vitse-prezidenti: “Standard”ı məğlub edəcəyik”
XƏBƏR 2 Dekabr 2009 / 19:00 1765
-  A +

“Bilirsiniz ki, “Bakı” klubu səfərdə daha yaxşı oynayır. Keçirdiyimiz matçlara diqqət yetirsəniz özünüz də bunun şahidi olarsınız. Bu mənada düşünürəm ki, “Standard”ı məğlub etməlyik və edəcəyik də”. Bu sözləri Qol.Az-a həftəsonu UniBank Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Standard”ın qonağı olacaq “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar deyib. Afşar rəqib komandanın başında “Bakı”nın sabiq baş məşqçisi Böyükağa Hacıyevin dayanmasına və bu baxımdan oyunun prinsipial əhəmiyyət daşımasına da münasibət bildirib: “Hacıyevə hörmətimiz var və “Bakı”ya çempionluq qazandırmış bir məşqçidir. Amma biz istənilən oyuna qələbə üçün çıxırıq. Məqsədimiz “Standard”ı məğlub edib, “İnter” və “Simurq”la növbəti oyunlara hazırlaşmaqdır”. 

Daha çox


Son xəbərlər
topaz banner