“Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişikləri baş verib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Sabahın ulduzları” paytaxt çempionatında iştirak edən 1999/2000-ci il təvəllüdlü uşaqlardan ibarət komandanın baş məşqçisi Rüfət Quliyev bundan sonra “Neftçi”nin 17 yaşlı futbolçularına rəhbərlik edəcək. İndiyədək “Neftçi”nin U-17 komandasının baş məşqçisi olmuş Rəhman Tağıyev Respublika Olimpiya İdman Litseyində çalışmaqla yanaşı, “Neftçi”nin ROİL-də fəaliyyət göstərən komandalarına kuratorluq edəcək. 1999/2000-ci il təvəllüdlü uşaqlardan ibarət komandanın baş məşqçisi postu isə Arif Abasova tapşırılıb. A.Abasov eyni zamanda “Neftçi”nin U-13 komandasının baş məşqçisi vəzifəsindəki işini də davam etdirəcək.
U-17-nin yeni baş məşqçisinin futbolçu karyerasına gəlincə, 1988-ci ildə SSRİ-nin U-16 milli komandası ilə Avropa çempionatının gümüş mükafatçısı olmuş R.Quliyev “Xəzər” (Sumqayıt), “Turan” (Tovuz), “Xəzri” (Buzovna), “Qarabağ” (Ağdam), “ANS-Pivani” (Bakı), “İstiqlal” (Tehran, İran) və “Sənətneft” (Abadan, İran) klublarında çıxış edib. Milli komandamızın heyətində 43 oyunda meydana çıxmış R.Quliyev 1994-cü ildə “Turan”la Azərbaycan çempionu olub. O, həmçinin İran çempionatının və kubokunun qalibi olmaqla yanaşı, iki dəfə Asiya Çempionlar Liqasında 3-cü yeri tutub.
Məşqçilik karyerasına 2006-cı ildə “Gənclərbirliyi”ndə köməkçi məşqçi kimi başlayan Rüfət Quliyev 2008-ci ildən “Sabahın ulduzları” paytaxt çempionatında yarışan “Neftçi”nin 1999/2000-ci il təvəllüdlü futbolçularına rəhbərlik edib. Ötən il bu çempionatın qızıl medallarını qazanmış R.Quliyev “B” kateqoriyalı məşqçi lisenziyasının sahibidir.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video