"Olimpik-Şüvəlan” klubunun sabiq baş məşqçisi Əsgər Abdullayevin müsahibəsi
- Hazırda nə işlə məşğulsunuz?
- Evdəyəm. Arabir şəhərə çıxıram, gəzişirəm.
- Tam sərbəstlikdir?
- (Gülür) Bəli.
- Yəqin, indi zənglərə cavab verməyə vaxtınız çox olur...
- Zəng edənlər dostlar, yoldaşlardırlar. Zəng edirlər, danışırıq, hərdən bəziləri ilə görüşürük.
- Sırf işlə bağlı zənglər olmayıb?
- Xeyr. Hələ belə bir şey olmayıb.
- Amma “Muğan” klubundan təklif aldığınız haqda xəbərlər yayılıb...
- Yox, belə bir təklif olsaydı, deyərdim. Açığı, mənimlə “Muğan”ın maraqlandığını mətbuatdan oxumamışam, eşitmişəm. Görüşdüyüm adamlar tərəfindən də bu sözlər mənə deyilib. Mətbuatdan oxuyanlar da söyləyiblər. Həm də adım təkcə “Muğan”la yox, Azərbaycanın 21 yaşlılardan ibarət milli komandası ilə birgə hallanıb. Belə bir söhbət var. Amma rəsmi səviyyədə heç kiminlə görüşməmişəm, danışıqlar aparmamışam. Bunu səmimi deyirəm.
- Bəlkə bu sözləri deyənlər ilkin reaksiyanızı öyrənmək istəyiblər?
- Mən indiyədək həm 21 yaşlılardan ibarət millimizdə, həm də müxtəlif klublarımızda çalışmışam. Yəni, millidə və ya klubda çalışmaq mənim üçün yenilik deyil. Hansı qismət olacaqsa, işə başlayacağıq.
- Belə güman etmək olarmı ki, klubdansa, millidə işləməyə üstünlük verəcəksiniz?
- Bu, oturub söhbət etdikdə bəlli olacaq. Klubda da, millidə də işləmək mənim üçün xoşdur. Hər iki kollektivdəki ümumi ab-hava ilə tanışlığım var. Hələ seçimimi etməmişəm.
- Danışıqlar alınsa, işə indi, yoxsa bir müddət istirahətdən sonra başlamaq niyyətindəsiniz?
- İstirahəti çox xoşlamıram. Daim bacardığım işlə yaşamağı xoşlayıram.
- Hazırda həm “Muğan”, həm də 21 yaşlılardan ibarət millimizin heç bir iddiası qalmayıb. Bu halda əsas məqsədiniz nədən ibarət olacaq?
- Həmişə idealım bu olub ki, hər bir məşqçi hara gedirsə, ilk növbədə nəticə verməyə, özünü doğrultmağa çalışmalıdır. Mənim üçün əsas məsələ, ilk növbədə, nəticə olub. Çalışıram ki, mənə göstərilən etimadı doğruldum, bacardığımı ortaya qoyum.
- “Olimpik-Şüvəlan”dan istefanız nə ilə əlaqədar oldu?
- İstefa barədə danışmaq istəmirəm. Fikirləşdim ki, istefa verməliyəm və verdim. Yalnız bunu deyə bilərəm. Klub rəhbərliyinə də bu sözləri demişəm.
- Siz “Olimpik-Şüvəlan”dan istefa verərkən, belə bir iddia səsləndirildi ki, Vaqif Qasımov iki il öncə klubun vitse-prezidenti postundan gedərkən, siz də onunla birgə istefa verməli idiniz. Çünki komandaya birgə gəlmişdiniz. Amma həmin vaxt istefa vermədiyiniz üçün Qasımov kluba prezident kimi qayıtdıqdan sonra sizdən bu cür intiqam aldı...
- Hər bir insanın düşüncəsinə hörmətlə yanaşıram. Hərənin fərqli fikirləri ola bilər. Məncə, bu, səsləndirilən iddia ilə bağlı deyil. Vaqif Qasımovla futbolda tanış olmuşuq, münasibətlərimiz çox yaxşı olub. Fikrimcə, hətta bir yerdə işləməsək belə, münasibətlərimiz bu səviyyədə də qalacaq. Mən ona hörmətlə yanaşıram.
- Amma o, kluba qayıtdıqdan sonra fəaliyyətinizi tənqid edirdi...
- Yenə deyirəm: Hər bir insanın öz fikri var. Mənim ona hörmətim var, hörmətlə də yanaşıram.
- Bəs özünüz “Olimpik-Şüvəlan”dakı fəaliyyətinizin nə dərəcədə uğurlu və ya uğursuz alındığını deyə bilərsinizmi?
- Necə deyim? “Olimpik-Şüvəlan” iki mövsüm öncə ölkə çempionatında gümüş medal qazandı. Buna uğur demək olar. Hər halda mən bu komandanı qəbul edəndə turnir cədvəlində 12-ci pillədə idi. Sonradan komandada dəyişikliklər oldu. Bəzi oyunçuları saxlaya bilmədik. Halbuki 4-5 oyunçunu vaxtında saxlasaydıq, heyətə bəzi futbolçuları da cəlb etməklə, komandanı gücləndirmək olardı. Amma təəssüflər olsun ki, heyətimizi qoruya bilmədik. Qaldı ki, hər bir məşqçinin həyatında uğurlu və uğursuz zolaqlar olur. Mən də bunu hiss edərək, istefa ərizəsi yazdım.
- İstefa ərizənizdə komanda daxilindəki ab-havanın pozulduğunu yazmışdınız...
- Mən həmişə bu fikirdə olmuşam: Klub daxilində min cür söz-söhbət ola bilər. Amma bunların hamısı klub daxilində qalmalıdır. Hansı komandada işləyirəmsə, ora bir ailə kimi yanaşıram. Ab-hava dedikdə, bəzi şeylər var idi. Amma yenə deyirəm, klubda olanlar klubda da qalmalıdır. 3 ilədək “Olimpik-Şüvəlan”da çalışdım. Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə bu müddətdə işləmək imkanı verdilər. Klubda olan söz klubda işlədiyin vaxt deyilməlidir. Gedəndən sonra danışmaq, məncə, yersizdir. Hansı klubda söz-söhbət olmur? Amma mənim heç bir narazılığım, incikliyim yoxdur.
- Ab-havadan şikayətlənib, ətraflı açıqlama verməmək “Oxu atıb, yayı gizlətmək” anlamı verir...
- Axı mən dedim ki, ailə daxilində baş verənlər kənarda danışılmamalıdır. Mən bu sözləri deməklə heç də qlobal problemləri nəzərdə tutmamışam. Yenidən bu məsələyə toxunmaqla odun üstünə su tökmüş kimi oluram. Məsələ heç də belə deyil. Hansı yerdə problem olmur? Problem daxildə də qalmalıdır.
- Amma siz kollektivdaxili ab-havadan şikayətlənməklə, artıq müəyyən şübhələrə rəvac vermisiniz...
- (Gülür) Mən bilsəydim ki, bu qədər şübhələr yaradacaq, heç o sözləri yazmazdım. Mənim sensasiya, qalmaqal düzəltmək, oxu atıb, yayı gizlətmək fikrim yox idi. Yazdığım fikirlərdə yenə qalıram. Həyatda problemsiz heç nə yoxdur. Mənim o kluba qarşı elə bir iradım yoxdur. İstefa ərizəmi yazmışam, axırda da kluba uğurlar arzulamışam. Komandaya hörmətlə gəldiyin kimi, hörmətlə də getmək lazımdır. Bunu da etmişəm.
Mənbə: lent.az
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı