AFFA iki klubun baş məşqçisini cəzalandırdı

AFFA iki klubun baş məşqçisini cəzalandırdı
XƏBƏR 1 Dekabr 2009 / 14:28 1741
-  A +

AFFA iki klubun baş məşqçisini cəzalandırıb. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, AFFA İntizam Komitəsinin bugünkü iclasında “Simurq” - “Qəbələ” oyununun 87-ci dəqiqəsində qonaqların baş məşqçisi Ramiz Məmmədov aqressiv hərəkətlərinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Lakin Ramiz Məmmədov İntizam Komitəsinin bugünkü iclasında cəzalanan yeganə baş məşqçi olmayıb. 
I divizionunun XI turunun "Bakılı" - "MKT Araz" matçının 45-ci dəqiqəsində İmişli klubunun baş məşqçisi Xalıq Mustafayev hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
 


Son xəbərlər