Yanvarın 1-dən Azərbaycanda yaradılan yeni idman kanalı - "İdman Azərbaycan" fəaliyyətə başlayacaq. Bu barədə "Azərbaycan Dövlət Televiziyası" (Az.TV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, yanvarın 1-dən 22-nə qədər "İdman-Azərbaycan" kanalının sınaq yayımları keçiriləcək. Sınaq yayımları hər gün axşam saatlarında üç saat davam etdiriləcək. Verilişlərin həcmi isə əvvəlcə 11 saata, daha sonra 12-15 saata çatdırılacaq. X.Qasımlının sözlərinə görə, ilkin dövrlərdə "İdman-Azərbaycan" kanalının verilişlərinə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində baxmaq mümkün olacaq. Bir aydan sonra isə kanalın bütün ölkəyə yayımlanması təmin olunacaq. Xaricdə yaşayan soydaşlarımız və ölkə daxilində peyk vasitəsilə Az.TV-yə baxanlar "İdman-Azərbaycan" kanalını kodlaşdırılmış peyk siqnalı vasitəsilə izləyə bilərlər.
Qeyd edək ki, "İdman-Azərbaycan" kanalında futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışlar Azərbaycan dilində nümayiş etdiriləcək və bütün ölkə vətəndaşları bu yarışlara pulsuz baxmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, "İdman-Azərbaycan" (Az. TV "Sport") kanalının açılması ilə əlaqədar qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu il iyulun 18-də keçirdiyi iclasında verilib. MTRŞ-nın Azərbaycanda yeni idman kanalının açılması ilə bağlı elan etdiyi müsabiqədə üç iddiaçı- Az.TV QSC, "Lider" televiziyası və "Rembrandinq" şirkəti iştirak edib. Müsabiqənin qalibi kimi yeni idman kanalını açmaq hüququ Az.TV-yə verilib.
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki