Coko Haciyevski yeni klubunda nə vaxt debüt edəcək?

Coko Haciyevski yeni klubunda nə vaxt debüt edəcək?
XƏBƏR 1 Dekabr 2009 / 11:48 1798
-  A +

“Bakı”nın və milli komandamızın keçmiş baş məşqçisi Coko Haciyevski yeni klubu - Kipr “Atromitos”unda dekabrın 6-da debüt edəcək. Qol.Az-ın məlumatına görə, həmin günü makedoniyalı mütəxəssisin klubu səfərdə “Agia Napa” ilə qarşılaşacaq. Haciyevskinin debütünü qələbəylə qeyd etmək üçün gözəl şansı var. Çünki “Atromitos”un qarşıdakı rəqibi hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Haciyevski komandaya baş məşqçi təyin olunduqdan sonra “Atromitos” artıq bir oyun keçirsə də, həmin matçda komandanı meydana Haciyevski çıxarmayıb. Makedoniyalı mütəxəssis həmin oyunu tribunadan izləyib.


Son xəbərlər