"Neftçi" bu gündən etibarən məşqlərini bərpa edir

XƏBƏR 1 Dekabr 2009 / 11:39 1896
-  A +

Unibank Premyer Liqasının XIII turunda səfərdə "Turan"la qarşılaşacaq "Neftçi" oyunun hazırlıqlarına bu gündən start verir. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən bərpaedici prosedurlar keçən futbolçular bu gündən etibarən bazanın meydançasında məşq edəcəklər. Qeyd edək ki, “Turan” – “Neftçi” matçı şənbə günü keçiriləcək.

Son xəbərlər