Mahir Şükürov: "Transferimlə bağlı son qərarı "İnter" rəhbərliyi verəcək"

Mahir Şükürov: "Transferimlə bağlı son qərarı "İnter" rəhbərliyi verəcək"
XƏBƏR 1 Dekabr 2009 / 00:08 2120
-  A +

"Hazırda "İnter"lə maya qədər müqaviləm var. Komandanı özbaşıma qoyub gedə bilmərəm". Qol.Az-ın məlumatına görə, bu sözləri xarici klublardan birinə transferi gündəmdə olan "İnter"in və millimizin yarımmüdafiəçisi Mahir Şükürov "İdman-Azərbaycan" kanalında efirə gedən "Premyer Liqa" verilişində deyib. Şükürov transferiylə bağlı son qərarı "İnter" rəhbərliyinin verəcəyini bildirib: "Əgər klub rəhbərliyi də mənim getməyimdə maraqlı olsa və şərtlər onları da qane etsə bu zaman transferim reallaşa bilər. Legioner həyatı yaşamağı hər bir futbolçu kimi mən də arzulayıram. İndiki halda isə məni yalnız "İnter"in uğurları maraqlandırır".


Son xəbərlər