Yunis Hüseynov: “Hər oyuna qələbə üçün çıxsaq da, istəyimizə çata bilmirik”

Yunis Hüseynov: “Hər oyuna qələbə üçün çıxsaq da, istəyimizə çata bilmirik”
XƏBƏR 29 Noyabr 2009 / 18:00 1780
-  A +

“Karvan”ın durumu hamıya məlumdur. Komadamızda xeyli sayda problemlər var”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyun sonrası mətbuat konfransında “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis hər oyuna qələbə qazanmaq üçün çıxdıqlarını bildirib: “Komandamızdakı problemləri hamı bilir. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Lakin təəssüf ki, istəyimizə çata bilmirik”. 


Son xəbərlər